Son günlər Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən tədbirlər zamanı yetkinlik yaşına çatmayan şəxslərə tütün məmulatları satan köşk sahibləri müəyyən edilib.
"Unikal"ın məlumatına görə, bu hallara şəhərin 14, 30, 34, 36-cı məhəllərində, eləcə də 2,3 və 4-cü mikrorayon ərazilərində rast gəlinib. Belə ki, bu ərazilərdə fəaliyyət göstərən köşk sahibləri tərəfindən yetkinlik yaşına çatmayan şəxslərə tütün məmulatlarının satılması halları aşkarlanıb.
Yetkinlik yaşına şatmayan şəxslərə tütün məmulatları satan Nahid Pirməmmədov, Məmməd Mürşüdov, Asəf Yaqubzadə, Nurlan Ağarəhimov, Xalid Cəfərov, Murad Həsənli və Elgün Nemətov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.
Seymur Əli