Ötən ay 3116 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 59,4%-ni kişilər, 40,6%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, ölkəmizdə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılıb. Minimum pensiyanın artırılması 65 min pensiyaçını əhatə edir. Onlardan 44 min şəxsin pensiyaları artırılaraq 240 manata çatdırılıb. Digərləri isə il ərzində pensiyaya çıxacaq şəxslər olacaq ki, onlara təyin edilən pensiyanın minimum məbləği artıq 200 deyil, 240 manat təşkil edəcək. Artım üçün illik 13,2 milyon manat əlavə vəsait ayrılıb.