“İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri Dövlət İmtahan Mərkəzi tərəfindən ibtidai sinif şagirdləri üçün fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanıb.
DİM-dən "Unikal"a verilən mılumata görə, vəsaitlərə daxil edilən tapşırıqların hər biri Təhsil Nazirliyinin ibtidai siniflərdə istifadə üçün təsdiq etdiyi mövcud dərsliklər əsasında hazırlanıb və şagirdlərin idrakyömümlü, məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlamağa imkan verir. Bu tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.
İngilis dili fənnindən “3-cü və 4-cü siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitlərində həmçinin dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.