Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, gecədən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi güclənib.
Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 7.0 mm, Göygöldə 4.0 mm, Daşkəsəndə 2.0 mm, Quba, Qrız, Sarıbaş (Qax), Gədəbəydə 1.0 mm-dək qar, Sədərək, Şərur, Ordubadda 2.0 mm, Xaçmaz, Şabran, Bərdə, Kürdəmir, Lerik, Astara, Naxçıvan, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək yağış yağıb.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 46 sm, Sarıbaşda (Qax) 18 sm, Ləzədə 12 sm, Qırızda 10 sm, Göygöldə 5 sm, Daşkəsəndə 4 sm olub.