Əməkdar jurnalist, publisist, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Qalina Mikeladze 90 yaşında vəfat edib

"Unikal" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatını əhatə edən prosesləri daim diqqətdə saxlayan və obyektiv işıqlandıran istedadlı jurnalist Qalina Mikeladzenin qələmindən çıxan yazılar özünəməxsusluğu ilə seçilib, oxucuların rəğbətini qazanıb. O, mədəniyyət xadimləri, məşhur siyasətçi, maarifçi və xeyriyyəçilər, tariximizdə iz qoymuş görkəmli qadınlar haqqında neçə-neçə məqalə, araşdırma və essenin, 20-dən artıq kitabın müəllifi olub.