"Əhalinin hər 100 min nəfərinə nisbətdə baş verən cinayət hadisələrinin sayı orta göstəricidən dəfələrlə azdır".
"Unikal" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.
Ali Məclisin sədri bildirib ki, lakin yaradılan şərait və göstərilən dövlət qayğısı düzgün qiymətləndirilməyib, ciddi nöqsanlara yol verilib:
"Buna görə də ictimai təhlükəsizliyi və ictimai qaydanı təmin edən əsas orqan kimi Daxili İşlər Nazirliyinin fəaliyyəti yenidən qurulmalıdır. Nazirliyin yeni ştat strukturuna uyğun fəaliyyət tənzimlənməli, nöqsanların aradan qaldırılması üçün islahatlar davam etdirilməlidir".
Xatırladaq ki, Naxçıvanın əvvəlki daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov bir müddət əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
O, Naxçıvanın DİN rəhbəri vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu.