İspaniyalı məşhur aktrisa Marqarita Lozano vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, aktrisa 91 yaşında Puntas de Kalneqrendəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, M.Lozano "Viridiana", "Bir yumruq dollar", "Donuz balığı" kimi məşhur filmlərdə rol alıb.