Xocalının Sığnax kəndində baş vermiş avtobus qəzasında yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.
Səhiyyə Nazirliyindən "Unikal"a verilən məlumata görə, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir.
"Ağırlaşma halları müşahidə olunmur. Reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir", məlumatda qeyd edilib.