"İşğaldan azad edilmiş ərazilərdə modul tipli xəstəxana tikilməsi prosesi gedir".
"Unikal" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib.
O bildirib ki, Şuşada artıq modul tipli xəstəxana istifadəyə verilib:
“Hazırda Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlıda modul tipli xəstəxanaların tikilməsi ilə bağlı sənədləşdirmə işləri həll edilir. Gələcəkdə bu rayonlarda böyük xəstəxanalar tikiləcək, ancaq modul tipli xəstəxanalar müvəqqəti xəstəxana kimi istifadə olunacaq”.