Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar şəhid ailələri ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Bayraktar "twitter" hesabında paylaşım edib:
“Bakıdakı son günümüzdə Azərbaycan Türkiyə Təqaüdləri məzunları və və şəhid ailələri ilə bir araya gəldik. Xaricdəki Türklər və Qohum Topluluqlar rəhbərliyinə və bu mənalı tədbirdə əməyi olan hər kəsə təşəkkür edirəm. Şəhidlərimizi rəhmətlə yad edir, dəyərli ailələrinə təşəkkürümü bildirirəm”, - o qeyd edib.