Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın prezidenti seçilib.
Azərbaycan Boks Federasiyasının keçmiş vitse-prezidenti Ağacan Abiyev bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, onu boks arenasında görməyib və bir boksçu kimi tanımır.
S.Babayevin bu sahədə hansı uğurlar qazana biləcəyinə gəlincə, A.Abiyev qeyd edib ki, bu barədə indidən qərar vermək tez olar.
"Yaxşı təşkilatçı ola bilər. Zamana ehtiyac var", - deyə o vurğulayıb.
Seymur Əli