Niyazi Bayramov YAP Gəncə şəhər Təşkilatının yeni sədri Ramil Orucov və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə millət vəkilləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Görüşdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyini bildirib. Niyazi Bayramov YAP Gəncə şəhər Təşkilatının yeni sədri Ramil Orucovun gənc yaşlarından müxtəlif vəzifələrdə çalışdığını qeyd edərək, onun savadlı və təcrübəli kadr olduğunu vurğulayıb. Şəhər rəhbəri Ramil Orucovu Gəncə şəhər Təşkilatına sədr təyin olunması münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.
YAP Gəncə şəhər Təşkilatının sədri Ramil Orucov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və partiya rəhbərliyinə təşəkkürünü bildirib, bu etimadı layiqincə doğruldacağını vurğulayıb. Ramil Orucov Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq, keçdiyi çox böyük və şərəfli yolun Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib.
Tədbirdə çıxış edən millət vəkilləri və ziyalılar Yeni Azərbaycan Partiyasının bu gün misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrildiyini bildirirərək, Ramil Orucovu yeni təyinat münasibətilə təbrik edib, bu yolda ona müvəffəqiyyətlər arzulayıblar.