Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun "Mal Bazarı "adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan iki  "VAZ 2107 " markalı minik maşını toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov