Daxili İşlər Nazirliyi (DİN) Bakıda itkin düşən, sonradan tapılan yeniyetmə ilə bağlı araşdırma aparır.

Nazirliyin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, Qaradağ rayonunda baş verən hadisə ilə bağlı məlumatlıdırlar:

“Fakt nəzarətə götürülüb. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaq”.

***13:15

Ötən gün Bakının Qaradağ rayonunda itkin düşən 15 yaşlı Qəhrəmanov Murad Azər oğlu tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Yeniyetmə al-qan içində tapılıb. O, məhləyə çatanda özündən gedib. Qohumu 30-15 yaş aralığında 3 kişi tərəfindən qəbistanlığa aparılan Muradın döyüldüyünü bildirib. Başından çoxsaylı zərbələr alan məktəblinin vəziyyəti orta ağırdır.(bizimmedia)
 

*** 08:47

Bakının Qaradağ rayonunda 15 yaşlı Qəhrəmanov Murad Azər oğlu itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər. Onların sözlərinə görə, Murad Qəhrəmanov dünən saat 16 radələrində Lökbatan qəsəbəsində dərs hazırlığına getmək məqsədilə evdən çıxıb, lakin geri qayıtmayıb. M.Qəhrəmanovun dərs hazırlığında olmaması məlum olub. Onun mobil telefonu bağlı olduğundan yaxınları yeniyetmə ilə əlaqə saxlaya bilməyiblər.

M.Qəhrəmanovun yaxınları hadisə ilə bağlı polisə məlumat veriblər. Onu görənlərdən və ya M.Qəhrəmanov barədə məlumatı olanlardan polisə məlumat vermələri xahiş olunur.