Bakıda mebel mağazasında satıcının pulqabısı oğurlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə fevralın 2-də rayon ərazisindəki mebel mağazalarının birində satıcı, Bakı şəhər sakini Ş.Mahmudovanın içərisində 1 500 manat olan pulqabısınını oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini A.Əliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.