"Bəzi ölkələrdə artıq koronavirus əleyhinə 4-cü dozanın vurulmasına qərar verilib".
"Unikal" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib.
Nazir bildirib ki, lakin Azərbaycanda bu gün üçün belə qərar yoxdur: "İnsanlar buster dozanı öz istəyi ilə qəbul edirlər. Hazırda 5-ci və 6-cı dozaların vurulmasının əhəmiyyəti barədə elmi araşdırmalar yoxdur. Bu baxımdan bir qədər səbirli olmaq lazımdır. Nazirliyin tərkibindəki Tibbi Elmi Şurada mütəxəssislər var. Onların iştirakı ilə mütəmadi iclaslar keçirilir, qabaqcıl ölkələrin təcrübəsi təhlil edilir və onlara əsasən ölkədə istənilən vaksinasiya rejimi tətbiq edilir”.
T.Musayev vurğulayıb ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən COVID-19 əleyhinə 4-cü doza peyvəndin vurulması tövsiyə edilmir.