Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qızı istefaya çağırılıb.
"Unikal" xəbər verir ki, hakim Nur Otan partiyasından olan deputat Aydos Sarım ölkə parlamenti məclisinin (aşağı palata) deputatı Dariqa Nazarbayevanın yanvar hadisələrindən sonra istefa verməli olduğunu bildirib.
"Hesab edirəm ki, mövcud vəziyyətlə əlaqədar olaraq, bir insan, bir vətəndaş kimi Dariqa Nazarbayeva istefa verməlidir", - Sarım cümə axşamı jurnalistlərə bildirib.
Nazarbayevanın niyə belə etməli olduğunu soruşduqda o, Qazaxıstanda baş verən yanvar hadisələrinin "onun adı ilə" bağlı olduğunu qeyd edib: "Yanvar faciəsinə gətirib çıxaran vəziyyət və deyək ki, Qazaxıstanda formalaşmış avtoritar sistem, digər məsələlərlə yanaşı, onun adı ilə də birbaşa bağlıdır. Və böyük ictimai inamsızlıq və narazılıq var ki, buna cavab verilməlidir. Bu, bütün dünyada siyasi olaraq istefalarla əldə olunub. Bu, normal dünya praktikasıdır".
Ağarza Elçinoğlu