"Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə köçdükdən sonra dövlət xidmətlərinə əlçatanlığı üçün “ASAN xidmət” mərkəzləri olacaq. İlk olaraq mərkəz Şuşada açılacaq".
"Unikal" xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Agentlik sədri bildirib ki, artıq Şuşada layihə təsdiq olunub:
"Orada “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Təbii ki, zəruri şərait yaradıldıqdan sonra işğaldan azad edilən digər ərazilərdə də “ASAN xidmət” mərkəzləri qurulacaq".