Böyük Britaniyanın şahzadəsi Çarlz ikinci dəfə koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, bu barədə məlumat şahzadənin rəsmi tviter hesabında paylaşılıb.
“Bu gün səhər Uels şahzadəsinin koronavirus testi müsbət çıxıb, o, özünütəcrid rejiminə keçib”, - deyə məlumatda qeyd olunub.
Şahzadə Çarlz birinci dəfə 2020-ci ilin martında koronavirusa yoluxmuşdu. Bu zaman o, yeddi gün özünü təcrid etmişdi.