Danimarka və ABŞ arasında yeni hərbi müqavilənin imzalanması müzakirə olunur.
"Unikal" xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sazişin məqsədi müasir hərbi çağırışlara qarşı effektli cavab mexanizmlərini formalaşdırmaqdır.
Həmçinin, qeyd olunub ki, yeni anlaşma ölkədə ABŞ hərbçilərinin yerləşdirilməsinə də imkan verəcək.
Qeyd edək ki, artıq Danimarka Baş Naziri də məsələ ilə bağlı açıqlama verib. O bəyan edib ki, hazırda müzakirə edilən yeni müdafiə sazişinin Ukrayna ətrafındakı vəziyyətlə əlaqəsi yoxdur.