ABŞ dövlət katibi Entoni Blinken və Fransanın xarici işlər naziri Jan-İv Lö Drian arasında telefon danışığı baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb
Tərəflər telefon danışığında digər məsələlərlə yanaşı Qarabağı da müzakirə ediblər.
“Onlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsindən irəli gələn və ya onunla bağlı məsələlərin həllində Ermənistan və Azərbaycana kömək etmək üzrə davam edən səylərini müzakirə ediblər”, - deyə ABŞ Dövlət Departamentindən bildirilib.