Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dinara Kulibaeva və əri Timur Kulibayev Almaniyada dörd dəbdəbəli mülk almaq üçün 100 milyon dollardan çox sərmayə qoyublar.
"Unikal" xəbər verir ki, saraylar Alman media şirkəti Deutsşe Velle (DW) tərəfindən aparılan araşdırmada aşkar edilib.
Məqalədə iddia olunur ki, Qazaxıstanın keçmiş prezidentinin ailə üzvlərinə məxsus saraylardan biri Almaniyanın Baden-Baden kurortunda yerləşən Seelax malikanəsidir. 19-cu əsrdə burada məşhur rus diplomatı, şəxsi müşaviri Mixail Xreptoviçin iqamətgahı var idi. Bildirilir ki, binanın içərisi freskalar, dəbdəbəli çilçıraqlar və məharətli əl işləri ilə bəzədilib, tavanları qiymətli ağacdan hazırlanıb.
Jurnalistlər onu da qeyd edirlər ki, sarayın ərazisində fəvvarələri olan landşaft parkı var, onun altında təxminən min kvadratmetrlik spa sahəsi təchiz olunub.
Məlumata görə, Zeelax mülkündən başqa, Kulibayevlər bölgədə daha üç mülkə sahibdirlər. Onların arasında iki tarixi abidə var - məşhur memar Qustav Strohun villası və Almaniyanın birinci kansleri Konrad Adenauerin vaxtilə istirahət etməyi xoşladığı Bühlerhehe Castle Hotel.
Ağaza Elçinoğlu