ABŞ prezidenti Co Bayden Ukrayna böhranı ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, o, Ukraynadakı vətəndaşlarına təcili olaraq ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.
Xəbərdarlıqdan dərhal sonra ABŞ-ın NBC telekanalı prezident Baydenlə müsahibədən açıqlama yayıb.
Baydenin sözlərinə görə, "ABŞ vətəndaşları Ukraynanı dərhal tərk etməlidir və onları təxliyə etmək üçün Ukraynaya qoşun göndərməyəcəyik", - deyə bildirib.
Rusiyanın Ukraynaya hər an hücum edə biləcəyini qeyd edən Bayden, "Hər an hər şey yolundan çıxa bilər. Putin nəsə etməlidir" , - ifadə edib.