ABŞ prezidenti Cozef Bayden Əfqanıstanı əvvəlcə Ukrayna, sonra isə İraqla səhv salıb.
"Unikal" xəbər verir ki, 79 yaşlı prezident 20 illik hərbi kampaniyadan sonra ölkəni (Əfqanıstanı) tərk etmək qərarının düzgünlüyünü bildirməyə çalışarkən bu səhvi edib.
"Bizim Ukraynanı birləşdirmək üçün zərrə qədər imkanımız yox idi. Yəni məni bağışlayın, İraq. Əfqanıstan! Buna nail olmaq mümkün deyildi", - o, NBC telekanalına müsahibəsində deyib.
Qeyd edək ki, Bayden mütəmadi olaraq nəyisə qarışdırır. Belə ki, o, Rusiya lideri Vladimir Putinin adını səhv tələffüz edib, “peyvənd” və “eskalasiya” sözlərini, eləcə də Suriyanı Liviya, İraqı İranla qarışdırıb və dəfələrlə vitse-prezident Kəmalə Harrisi dövlət başçısı adlandırıb.
Ağarza Elçinoğlu