ABŞ Dövlət Departamenti İndoneziyaya dəyəri 13,9 milyard dollar olan F-15İD döyüş təyyarələri və avadanlıqların satışına icazə verilməsinə qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyi yazılı açıqlama yayıb.
Satış paketinə 36 ədəd F-15İD təyyarəsi, 87 ehtiyat mühərrik və digər dəstək ləvazimatları daxildir. Açıqlamada satışın İndoneziyanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcəyi, lakin bölgədəki güc balansını dəyişməyəcəyi qeyd edilib.