Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisini bu ölkəyə səfərə dəvət edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Paşinyanın Rəisiyə İran İslam İnqilabının Qələbəsi Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Paşinyan Ermənistan və İran arasında ikitərəfli gündəlikdə olan məsələləri müzakirə etmək üçün Rəisini rəsmi səfərə çağırıb.