1472 nümayəndənin daxil olduğu Federasiya Şurası növbəti 5 il ərzində Almaniyada fəaliyyət göstərəcək prezidenti seçəcək.
"Unikal" xəbər verir ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayerin 5 illik səlahiyyət müddəti başa çatdıqdan sonra Federasiya Konqresi (Bundesversammlung) növbəti 5 il üçün ölkənin prezidentini müəyyən edəcək.
Prezidenti seçəcək Federasiya Konqresi Bundestaq üzvlərindən və əyalət məclisləri tərəfindən müəyyən edilən eyni sayda nümayəndədən ibarətdir.
Belə ki, bazar günü yerli vaxtla saat 12:00-da 736 deputatla yanaşı, 1472 Federasiya Konqresinin üzvü 16 əyalət assambleyasının göndərdiyi nümayəndələrlə birlikdə Almaniyanın növbəti 5 il müddətinə vəzifəsini icra edəcək prezidentini seçəcək.