Fevralın 11-i günortaya doğru ticarət sessiyasının əvvəlində ucuzlaşan Rusiya fond bazarı çökməyə başlayıb.
"Unikal" xəbər verir ki, Moskva birjasının indeksi 3,65 faiz azalaraq 3522,39 rubl, RTS indeksi isə 4,35 faiz azalaraq 1479,43 rubl təşkil edib .
Dollar 75 rubla, avro 85,37 rubla satılır.
Bir neçə saat ərzində birja son üç gündə bütün qazanclarını itirib. Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasındakı görüşdən sonra müsbət nəticə əldən çıxıb və əlavə olaraq, ABŞ-də inflyasiya məlumatları investorların əhval-ruhiyyəsini kəskin şəkildə pisləşdirib. 7,5 faiz nəticə gözlənilmədən yüksək oldu və bu, bütün dünya üzrə fondları vəsaitlərini daha təhlükəsiz aktivlərə çəkməyə məcbur etdi.
Rusiyada Mərkəzi Bankın İdarə Heyətinin iclasında aylıq inflyasiya üzrə yeni rekorda görə tənzimləyici tədbirlərin görülməli olacağı istisna edilməyib.
Ağarza Elçinoğlu