Şəkidə ağır avtomobil qəzası olub.
"Unikal" xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Kövər Zəyzid kəndi ərazisindən keçən hissəsində Bakının Nəsimi rayon sakini - 1987-ci il təvəllüdlü Emin Elbrus oğlu Rəsulzadənin idarə etdiyi "KİA Sportage" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə sərnişin qismində olan sürücünün həyat yoldaşı - 1982-ci il təvəllüdlü Səbinə Dilqəm qızı Rəsulzadə və övladı 2019-cu il təvəllüdlü Eldaq Emin oğlu Rəsulzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
Sürücü Emin Rəsulzadə və övladı 2013-cü il təvəllüdlü Nəzrin Rəsulzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.(apa.az)