ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynada xidmət edən 160 amerikalı əsgərin ölkəni tərk edərək Avropanın başqa yerlərində yerləşdirilməsinə qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi məlumat verib.
O, Florida Milli Qvardiyasına aid 160 ABŞ əsgəri Ukraynanı tərk etdiyini açıqlayıb.
Bildirilir ki, ötən ilin noyabrından bu ölkədə xidmət edən əsgərlərin ehtiyat tədbiri olaraq Ukraynanı tərk edərək başqa bir Avropa ölkəsində yerləşdirilməsinə qərar verilib.