Ukrayna Krımla sərhədə yaxın Xerson vilayətində hərbi təlimlər keçirir. 

"Unikal" xəbər verir ki, ölkə prezidentinin mətbuat xidmətinin məlumatına görə, manevrlərə ümumilikdə 1300 nəfər və xüsusi texnika, o cümlədən Mi-8 və H145 helikopter qrupları cəlb olunub.

Döyüş hazırlığının Kalançak və Novoalekseevka kəndləri ərazisində keçirildiyi bildirilir  

Mətbuat xidmətinin məlumatına görə, ölkə prezidenti Vladimir Zelenski təlimlərin gedişini izləmək üçün əraziyə gedib.

Ağarza Elçinoğlu