ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.

"Unikal"  xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, telefon danışığı Bakı vaxtı ilə saat 21:06-da yekunlaşıb və 1 saata qədər davam edib. 

Qeyd edək ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlamışdı. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır. 

***20:23

ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.