Amerika Birləşmiş Ştatları hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, buna səbəb Urup adasının yaxınlığında Sakit Okean Donanması qüvvələrinin planlaşdırdığı təlim bölgəsində Amerikanın "Virciniya" tipli nüvə sualtı qayığının olmasıdır.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığının Rusiya Federasiyasının dövlət sərhədini pozması ilə əlaqədar Rusiya Müdafiə Nazirliyi ABŞ-ın hərbi attaşesini çağırıb",- deyə məlumatda bildirilir.
Sualtı qayığın ekipaj üzvlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar buna məhəl qoymayıblar.