Böyük bir asteroid Yer planetinə yaxınlaşır.
"Unikal" xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb. Eyfel qülləsindən dörd dəfə böyük olan asteroid martın 4-də Yerin yaxınlığından keçəcək.
Alimlər diametri 1,3 km olan kosmik cismin Yer üçün potensial təhlükə olduğunu hesab etsə də, onun Yerlə toqquşmayacağını bildiriblər. Belə ki, asteroid Yerdən 4,8 milyon km-dən çox məsafədə uçacaq ki, bu da Ay ilə planetimiz arasındakı məsafədən 10 dəfə böyükdür.