İtaliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarından Ukraynanı müvəqqəti olaraq tərk etmələrini xahiş edib.
"Unikal" xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzi Ukrayna-Rusiya gərginliyi ilə əlaqədar Ukraynaya səyahətlə bağlı şərtləri yeniləyib.
“Mövcud şərait nəzərə alınaraq, vətəndaşları ehtiyat tədbiri kimi müvəqqəti olaraq Ukraynanı tərk etməyə çağırırıq”, - deyə nazirliyin məlumatında deyilir.
Həmçinin xatırladılıb ki, Donetsk, Luqansk və Krıma səyahət etmək qətiyyən tövsiyə edilmir.
İtaliya mətbuatına görə, hazırda Ukraynada iki minədək italyan var və onlarım çoxu paytaxt Kiyevdədir.