"Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və digər Körfəz ölkələrinin təhlükəsizliyi və sabitliyini öz təhlükəsizliyi və sabitliyindən fərqləndirmir".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-yə səfəri ərəfəsində "Khaleej Times" qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, ölkəsi Birləşmiş Ərəb Əmirlikləri ilə enerji, səhiyyə, kənd təsərrüfatı, logistika, infrastruktur, maliyyə, turizm, eləcə də iqlim dəyişikliyi, enerji, su və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.