"Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden bir saatdan çox danışıblar".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Söhbət bir saatdan bir qədər çox çəkdi. Bugünkü söhbət ABŞ rəsmilərinin Rusiyanın guya Ukraynanı işğal etməsi ilə bağlı görünməmiş isteriya atmosferində keçdi”,-deyə Uşakov bidirib.
O, bildirib ki, ABŞ Prezidenti telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaları xatırladıb, lakin bu məsələyə xüsusi diqqət yetirilməyib.