Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciət edib.
“Unikal” Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski Ukraynanın sülh üçün çalışdığını deyib:
“Ukrayna sülh üçün çalışır və bütün məsələləri danışıqlar yolu ilə həll etmək istəyir”.
Zelenski Ukrayna mediasına müraciət edərək, onları ölkədən qaçan sahibləri üçün deyil, Ukrayna üçün işləməyə çağırıb.
Ukrayna lideri ölkədən gedən bütün dövlət qulluqçularına qayıtmaları üçün 24 saat vaxt verib:
“Xalq sizin ölkəni idarə edəcəyinizə etibar etdi. 24 saat ərzində qayıdın”.