ABŞ Ukraynadakı səfirliyini müvəqqəti olaraq paytaxt Kiyevdən Lvova köçürmək qərarına gəlib.
“Unikal” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı yazılı bəyanatda deyilir.
“Biz Ukraynadakı səfirliyin fəaliyyətini müvəqqəti olaraq Lvova köçürmək prosesindəyik”, - sənəddə vurğulanıb. ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri eyni zamanda bildirib ki, buna Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhəddə cəmləşməsinin dramatik sürətlənməsi səbəb olub.