ABŞ Prezidenti Cozef Baydenlə Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
"Unikal" bu barədə Britaniya Baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Bayden və Conson Ukraynadakı vəziyyəti müzakirə ediblər. ABŞ Prezidenti və Britaniyanın hökumət başçısı hələ də diplomatiya üçün “pəncərə”nin olduğunu bildiriblər.
"Baş nazir bu axşam ABŞ Prezidenti Cozef Baydenlə Ukraynadakı vəziyyəti müzakirə etdi. Baş nazir və Prezident Bayden bir-birlərinə digər dünya liderləri ilə apardıqları son danışıqlar barədə məlumat verdilər. Onlar diplomatiya və Rusiyanın Ukraynaya qarşı təhdidlərindən geri çəkilməsi üçün hələ də kritik pəncərənin olduğunu razılaşdırdılar”, - xəbərdə deyilir.
Liderlər həmçinin vurğulayıblar ki, “Ukraynaya istənilən işğal Rusiya üçün uzunmüddətli böhrana gətirib çıxaracaq, Rusiya və bütün dünya üçün ciddi fəsadlarla dolu olacaq”.