Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 16-nın Ukraynada Birləşmə Günü elan edilməsi haqqında fərman imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Zelenski yerli KİV-lərdən birinə açıqlamasında deyib.
Onun sözlərinə görə, fərmanda həmin gün bütün yaşayış məntəqələrinin binalarında dövlət bayrağı qaldırılacaq, saat 10:00-da Ukraynanın himni səsləndiriləcək, xarici diplomatik nümayəndəliklər Ukraynanın birləşməsi və dəstəklənməsi üçün “imic tədbirləri” keçirəcək.
“Bizə deyirlər ki, 16 fevral hücum günü olacaq. Biz onu Birlik Gününə çevirəcəyik. Artıq bununla bağlı müvafiq sərəncam imzalanıb. Bizim əla ordumuz var. Oğlanlarımızın nadir döyüş təcrübəsi və müasir silahları var", - deyə o, ifadə edib.
Eyni fərmanla Zelenski hökumətə 2022-ci il martın 1-dən hərbçilərin maaşlarının 30 faiz artırılması, Dövlət Sərhəd Xidmətinin və Milli Qvardiyanın hərbçilərinin maaşlarının isə “əvvəldən 20 faizə çatdırılması” üçün tədbirlər görməyi tapşırıb.
Gülayə Mecid