Türk alimləri Uğur Şahin və Özlem Türeci Atatürkçü Düşüncə Dərnəyinin onlara vermək istədiyi "İlin Atatürkçüsü" mükafatını əvvəlcə qəbul edib, daha sonra qərarlarından geri çəkiliblər.
"Unikal" xəbər verir ki, Türeci və Şahin elm adamı olduqlarını və yalnız elmi qurumlar və buna bənzər dərnəklərdən mükafat qəbul etmələrinin düzgün olacağını bildiriblər.
Qeyd edək ki, koronavirus peyvənd yaratmaları ilə diqqət çəkən cütlük Almaniya prezidenti Frank-Valter Ştaynmayer başda olmaqla bir çox mükafata layiq görülüb.
Ağarza Elçinoğlu