Almaniyanın xarici işlər naziri Annalena Baerbok Ukraynanın arxasında olduqlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib. Baerbokun sözlərinə görə, Rusiya-Ukrayna böhranının sülh yolu ilə həlli edilməsi lazım olduğunu bildirib.
"Biz Avropa İttifaqı (Aİ) və NATO olaraq Ukraynanın arxasındayıq və şübhə yoxdur ki, biz Rusiyada gərginliyin azaldılması üçün məsuliyyəti açıq şəkildə görürük. Qoşunları çıxarmaq və bununla bağlı tam şəffaflığı təmin etmək Moskva hökumətinin üzərinə düşür. Bu, ATƏT-in prinsiplərinin tələbidir”, - deyə o, bildirib.