İstanbul Baş Prokurorluğu çeçen fəallara qarşı hücumlar hazırlayan ruslarla bağlı istintaqı başa çatdırıb.
"Unikal" "A Haber"ə istinadən xəbər verir ki, sözügedən şəxsləri 33 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, daha əvvəl dörd Rusiya Federasiyası, bir Özbəkistan və bir Ukrayna vətəndaşı hərbi və siyasi casusluqda, habelə çeçen müxalifət fəallarına silahlı hücumlar hazırlamaqda ittiham olunaraq həbs edilib.
Siyasi və hərbi casusluqda ittiham olunan şəxsləri 22 ildən 33 ilədək həbs cəzası gözləyir.
Ağarza Elçinoğlu