Türkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusdan sağalıb.
"Unikal" xəbər verir ki, bu barədə nazirliyin tvitter səhifəsində paylaşım edilib.
"Yüngül simptomlardan sonra testlərimiz çox şükür mənfi oldu. İşimizə davam edirik. Bu gün NATO-nun müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə gedəcəyik", - Akar vurğulayıb.