İranda ötən sutka ərzində 25 034 nəfər koronavirusa (COVID-19) yoluxub, 167 nəfər ölüb.
"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 134 053 nəfərə, yoluxanların sayı isə 6 860 255 nəfərə çatıb. Virus daşıyıcılarından 3 489 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 351 542 nəfər koronavirusdan sağalıb, 46,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 138 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 61,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 21,6 milyon təşkil edir.