Kanadanın Baş naziri Castin Trüdo ölkədə fövqəladə vəziyyət elan edəcək.
"Unikal" xəbər verir ki, buna səbəb Kanadada həftələrlə davam edən epidemiya əleyhinə etirazların səngimək bilməməsidir.
"Blokadalar iqtisadiyyatımıza ziyan vurur, ictimai təhlükəsizliyə təhdiddir. Biz qeyri-qanuni və təhlükəli fəaliyyətlərin davam etməsinə icazə verə bilmərik", - Kanadanın Baş naziri deyib.
Qeyd edək ki, yanvarın 23-dən Kanadada yük maşınları sürücülərinin aksiyası davam edir, iştirakçılar epidemiya əleyhinə məhdudiyyətlərə və məcburi peyvəndlərə etiraz edirlər. Etirazçılar Kanada ilə ABŞ arasında ən mühüm ticarət körpüsü də daxil olmaqla bir sıra yol qovşaqlarını bağlayıblar. Kanada polisi fevralın 13-də körpünü mühasirəyə alıb, lakin Ottava şəhərinin mərkəzində kütləvi etirazlar davam edir.
Ağarza Elçinoğlu