Astarada ağacdan özünü asan şəxslə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, fevralın 15-də rayonun Toradi kənd sakini Sovqatov Zaur Məhərrəm oğlunun rayonun Taxtanakəran kəndində yolun kənarında dik yamacda yerləşən vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilib.
Faktla bağlı Cinayət Məclləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə bütün halların araşdırılması məqsədilə istintaq hərəkətləri həyata keçirilir