İstehlaka yararsız və istifadə müddəti bitən 1 575 kq dəniz məhsulları, konservlər və alkoqolsuz içkilər məhv edilib.
Bu barədə "Unikal"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin məhsullar “Fenix Trade” MMC-nin Agentliyə müraciəti əsasında “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda yararsız hala gətirilib.