Təhlükəsizlik qüvvələrinin mövqelərində yerləşdirilən və Donbass yaşayış məntəqələrində yerləşdirilən Minsk razılaşmaları ilə qadağan edilmiş artilleriya silahları regionda vəziyyətin güc yolu ilə həllinə hazırlıqdan xəbər verir.
"Unikal" xəbər verir ki, bunu özünü Donetsk Xalq Respublikası elan edən xalq milislərinin nümayəndəsi deyib.
"Biz düşmən mövqelərində təkcə minaatanların deyil, həm də 122-152 millimetr kalibrli artilleriya sistemlərinin olduğunu bəyan etmişik. Bundan başqa, düşmənin nəzarətində olan yaşayış məntəqələrində Minsk razılaşmaları ilə qadağan olunmuş silahları demək olar ki, hər gün qeydə alırıq. Hərbçilərin bu hərəkətləri yalnız Ukraynanın siyasi rəhbərliyinin əmri ilə mümkündür və "Donbass məsələsi"nin güc yolu ilə həllinin hazırlanmasına işarə edir", - DXR Xalq Milislərinin nümayəndəsi RİA Novosti-yə bildirib .
Ağarza Elçinoğlu